Antalyada güclü partlayış baş verib – FOTO | 1news.az | Xəbərlər
Dünya

Antalyada güclü partlayış baş verib – FOTO

10:56 - 25 / 10 / 2016
Antalyada güclü partlayış baş verib – FOTO

Türkiyənin Antalya şəhərində güclü partlayış baş verib.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Ticarət və Sənaye Palatası yaxınlığında qeydə alınıb.

Partlayış nəticəsində Palatanın binası və yaxınlıqdakı digər binalara ciddi ziyan dəyib.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin ehtimala görə, partlayış avtomobil dayanacağında avtomobilin partlaması nəticəsində baş verib.

1news.az

 

Paylaş:
859

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər