Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib

23:04 - 25 / 10 / 2016
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib.

1news.az-ın məlumatına görə, iclasda rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.

Müşavirəni açıq elan edən nazir R.Quluzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında proqram xarakterli nitqindən irəli gələn  vəzifələr barədə danışaraq, qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin üzərinə daha böyük vəzifə və öhdəliklərin düşdüyünü qeyd edib.

Nazir ölkədə  aparılan uğurlu iqtisadi islahatlar fonunda rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərdən danışıb. Əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi, sahə üzrə inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.

Müşavirədə ötən 9 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.

Məruzə ilə çıxış edən nazirin birinci müavini Əli Abdullayev bildirib ki, cari ilin 9 ayı ərzində nazirliyin, o cümlədən tabeli qurum və müəssisələrin fəaliyyətinin səmərəliliyinin, infrastrukturunun təkmilləşdirilməsi, öhdəliklərin icra olunması, maliyyə intizamının gücləndirilməsi, əldə olunan gəlirlərin həcminin artırılması və  əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində davamlı işlər görülüb.

Bu işlər nəticəsində, rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 1,2 milyon manata çatıb, gəlirlərin Ümumi Daxili Məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib.

Nazirin birinci müavini həyata keçirilən islahatlar nəticəsində nazirlik üzrə rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədi ilə “şəbəkə” mərkəzlərinin yaradılmasına başlanıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu mərkəz vasitəsi ilə, nazirlik tərəfindən həyata keçirilən xidmətlərin vahid bir mərkəzdən  göstərilməsi nəzərdə tutulur ki, bu da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən rahat istifadəsinə geniş imkanlar yaradacaq.

Sonra məruzə ətrafında nazirliyin bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.

“Azİntelecom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, “Aztelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi, “Azərkosmos” ASC-nin rəhbərləri müəssisələrin fəaliyyəti, həyata keçirdiyi işlər və gələcək planları barədə təqdimatla çıxış edib.

Müşavirənin sonunda nazir R.Quluzadə ölkə başçısının müəyyən etdiyi sosial-iqtisadi siyasətin İKT sahəsində uğurlu icrası üçün bütün zəruri addımların atılmasının vacibliyini vurğulayıb. Nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı vacib istiqamətləri önə çəkən nazir sektorun inkişafı üzrə tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılmasını qurum və müəssisələr qarşısında tələb kimi irəli sürüb.

Nazir müəssisələrə fəaliyyətlərində olan çatışmazlıqların cari ilin sonunadək aradan qaldırılması ilə bağlı göstəriş verib.

1news.az

 

Paylaş:
483

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər