Ağdamda əkin sahəsindən partlamış top mərmisinin qalıqları aşkar edilib – FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Ağdam rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında yeni hesabatını yayıb.
1news.az xəbər verir ki, hesabata görə, bu gün Ağdam rayonunun Zəngişalı kəndində 1 əkin sahəsinə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 500 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə, Agentlik tərəfindən 7 Aprel – 26 oktyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib.
Bu zaman 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
1news.az