Kreml Ukraynanın etiraz notasına münasibət bildirib | 1news.az | Xəbərlər
Dünya

Kreml Ukraynanın etiraz notasına münasibət bildirib

21:13 - 27 / 10 / 2016
Kreml Ukraynanın etiraz notasına münasibət bildirib

Rusiya prezidentinin ölkənin hər hansı regionuna, o cümlədən Krıma səfər etmək hüququ var.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına əsasən, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukrayna tərəfinin Vladimir Putinin Krıma səfəri ilə bağlı etiraz notasına münasibət bildirərkən deyib.

"Ukrayna ənənəvi olaraq etiraz edir. Biz də ənənəvi olaraq bu etirazları diqqətə almırıq. Prezident lazım bildiyi regiona səfər edir. Bu, Rusiyanın daxili işidir. Bunun heç bir dövlətə, o cümlədən Ukraynaya dəxli yoxdur", - deyə D. Peskov bildirib.

Qeyd edək ki, V. Putin dünən Krımın Yalta şəhərində keçirilən Ümumrusiya Xalq Cəbhəsi Forumunun plenar iclasında iştirak edib.

1news.az

Paylaş:
671

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər