Rusiyalı ekspert Azərbaycan Prezidentinin bəyanatına münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Rusiyalı ekspert Azərbaycan Prezidentinin bəyanatına münasibət bildirib

13:11 - 28 / 10 / 2016
Rusiyalı ekspert Azərbaycan Prezidentinin bəyanatına münasibət bildirib

Yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dmitri Kisilyovun - “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, Qarabağ üzrə kompromislər, ölkənin inkişaf strategiyası, regionla əməkdaşlıq və digər məsələlərlə bağlı sualları cavablandırıb. Dövlət başçısının cavabları erməni KİV-ində təlaş yaradıb.

Bunlardan bəzisi, xüsusən də müxalifətyönümlülər məşhur rus aparıcının Prezident İlham Əliyevdən müsahibə almasına daha çox diqqət yönəldiblər. Belə ki, Rusiya prezidentinin Ermənistana səfəri zamanı Serj Sarkisyandan müsahibə almaması onları hiddətləndirib.

Bununla bağlı rusiyalı ekspert Yevqeniy Mixalyov 1news.az-a müsahibəsi zamanı erməni tərəfini qıcıqlandıran məsələlərə toxunub:                                                    

“Hər şeydən əvvəl Azərbaycan xalqını müstəqillik günü münasibətilə təbrik edirəm. Qeyd etmək istərdim ki, Azərbaycan bu illər ərzində istər iqtisadi, istərsə də siyasi nöqteyi-nəzərdən böyük uğurlar əldə edib. Bu da erməni mətbuatının əks etdirdiyi Ermənistan liderlərini qıcıqlandırır. Buna görə də erməni KİV-inin təlaşından təəccüblənmək lazım deyil”.

Beləliklə, bu nöqteyi-nəzərdən Kisilyov Sarkisyana deyil, birbaşa suallarla Prezident İlham Əliyevə müraciət edib:

“Prezident İlham Əliyev post-sovet məkanında ən uzaqgörən siyasətçilərdən biri hesab olunur. Məhz o, uzun illlər ərzində ölkədə siyasi sabitliyi qoruyub saxlamağa, xalqla sıx dialoq qurmağa müvəffəq olub. Bütün bunlara Ermənistanda rast gəlmək olmur.

Əgər çoxtərəfli peşəkarlıqdan danışsaq bildiyim qədərilə MDB ölkələrindən heç kəs, eləcə də Serj Sarkisyan Rusiya Federasiyasının ali məktəblərində tədris etmək təcrübəsinə sahib deyil. Bu da cənab Əliyev üçün müsbət məqamdır.

Ermənistandan fərqli olaraq Azərbaycanda Cənubi Qafqazın ən böyük rus diasporu yerləşir. Onlar özlərini sıxışdırılmış hiss etməyərək, əksinə, iqtisadiyyata sövq edilərək ölkənin siyasi sahələrində təqdim edilir. Bütün bunların fonunda yoxsullaşan və monoetnik olan Ermənistan üçün çox qıcıqlandırıcıdır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə əlaqədar qeyd edim ki, Ermənistam rəhbərliyindən fərqli olaraq, İlham Əliyev Qarabağla bağlı kompromislərə hazırlıqlarını hər zaman bildirib. Sarkisyanın isə nəyə ümid etdiyini bilmirəm. Yəqin ki, onun Qarabağın taleyi ilə bağlı düzgün olmayan nöqteyi-nəzərini nümayiş etdirməyə ehtiyatları yoxdur.

Aydındır ki, İrəvanda Azərbaycanın ərazisi olan Qarabağın müstəqilliyini gözləməyəcəklər.

İlham Əliyevin Dağlıq Qarabağa Azərbaycanın tərkibində mümkün müxtariyyatın verilməsi ilə bağlı bəyanatı – ölkə rəhbərliyinin düşünülmüş siyasətidir.

Həqiqətən də böyük iqtisadi potensiala sahib Azərbaycan bu diyarı da çiçəkləndirə bilər. Bununla da yerli əhaliyə sübut edə bilər ki, onlar kimlə birgə yaşasalar yaxşı olar. Prezident İlham Əliyev müsahibənin əvvəlində qeyd edir ki, əgər bu məsələ müsbət həllini taparsa Qarabağda yaşayan ermənilər burada təhlükəsiz şəraitdə yaşaya bilər. Eləcə də buradakı ermənilər regionun iqtisadiyyatına, həyat şəraitinin yaxşılaşdırılmasına təsir edə bilər. Qarabağ erməniləri bu cür təklifləri Ermənistanda heç vaxt gözləməyəcəklər.

Ermənilərlə azərbaycanlıların Qarbağda birgə yaşayışı mümkündür. Bu xalqların birgə nifrəti daha çox təbliğatın məhsuludur.

Misal üçün, Rusiyada ermənilərlə azərbaycanlılar birlikdə işləyir, birgə biznesləri var. Yəni bu problemi bir sıra siyasətçilər öz məqsədləri üçün 20 ildir ki, təbliğ edilər. Xüsusən də erməni rəhbərləri təkcə Azərbaycanın ünvanın mənfiliklər yağdırmırlar, eləcə də Qarabağ münaqişəsi ilə bağlı danışıqlara can atmırlar”.

Eləcə də analitik Türkiyə hökumətinin Dağlıq Qarabağ münaqişəsini nizamlanmasına təşəbbüs göstərməsi məsələsinə də toxunub:

 “Türkiyə əsas və ədalətli aksioma – Azərbaycan sərhədlərinin bütövlüyü və toxunulmazlığına söykənir. Bu məsələni erməni KİV-i dəfələrlə təhrif edir. Hesab edirəm ki, istər Rusiya, istərsə də Türkiyə Ermənistan rəhbərliyinə münaqişənin diplomaik yola həlli məsələsini başa salacaq.

Nəzərə alsaq ki, erməni diasporunun Avropa və ABŞ-da nüfuzlu lobbiləri var. Bu da Dağlıq Qarabağ münaqişəsin nizamlanmasında sabitlyi poza bilən faktordur. Düşünürəm ki, tez, ya da gec Ermənistan rəhbərliyi danışıqlar prosesi üçün masa arxasında əyləşəcək. Məsələnin sülh yolu ilə digər həlli variantı yoxdur”.

Sonda ekspert qeyd edib ki, yaxın günlərdə Qarabağda hərbi qarşıdurmalar baş verməyəcək. Münaqişənin həllində Rusiya və Türkiyənin iştirakı ilə qərarların qəbul edilməsində Ermənistanın rolu çox cüzidir.  

1news.az

Paylaş:
916

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər