Sərbəst güləşçilərimiz Dağıstan dövlət xadiminin mükafatı uğrunda yarışacaqlar | 1news.az | Xəbərlər
İdman

Sərbəst güləşçilərimiz Dağıstan dövlət xadiminin mükafatı uğrunda yarışacaqlar

13:19 - 28 / 10 / 2016
Sərbəst güləşçilərimiz Dağıstan dövlət xadiminin mükafatı uğrunda yarışacaqlar

29-30 oktyabr tarixlərində Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

1news.az-ın məlumatına görə, turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək.

Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikada 8 güləşçimiz mübarizə aparacaq. 

Yarışda ölkəmizi Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Umar İsrailov və Həmzətxan İsrapilov (hər ikisi 125 kq) təmsil edəcək.

1news.az

Paylaş:
865

Son xəbərlər

Bütün xəbərlər