İcra başçılarının səlahiyyəti azaldıldı | 1news.az | Xəbərlər
Rəsmi

İcra başçılarının səlahiyyəti azaldıldı

19:26 - 28 / 10 / 2016
İcra başçılarının səlahiyyəti azaldıldı

Yerli (rayon, şəhər) icra hakimiyyəti başçılarının iki səlahiyyəti ləğv edilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin işini təşkil etmək və Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdıraraq nazirliyin yerli bölmələrinin rəhbərlərini təyin etmək səlahiyyətləri ləğv olunub.

1news.az

Paylaş:
1164

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər