Bank of Baku 500+ hədiyyəli “Bolkartla Qazan” adlı lotereyaya start verdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku 500+ hədiyyəli “Bolkartla Qazan” adlı lotereyaya start verdi

11:30 - 28 / 10 / 2016
Bank of Baku 500+ hədiyyəli “Bolkartla Qazan” adlı lotereyaya start verdi

Bank of Baku, Bolkartın 5 yaşı münasibətilə 500 Bolkartlıya BAL, 99 Bolkartlıya pul mükafatı və bir şanslı Bolkartlıya səyahət paketi və 500 AZN qazandıracaq lotereyaya start verdi.

“Bolkartla Qazan” adı altında keçirilən tirajlı stimullaşdırıcı lotereyada bütün növ Bolkart kredit, həm də Bolkart debet kart sahibləri iştirak edə biləcək.

Lotereyada iştirak hüququ qazanmaq üçün 19 oktyabr – 27 noyabr 2016-cı il tarixləri arasında edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 AZN olmalı, həmçinin lotereyanın keçiriləcəyi tarixdən 1 gün əvvəl həmin Bolkart aktiv olmalıdır. Ümumi dəyəri 20 AZN olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak hüququ qazandırır.

Qeyd olunan tarixlər arasında hər 20 AZN həcmində olan bütün əməliyyatların sayı qədər Bolkartlılar uduş şansı qazanmış olacaqlar. Məsələn, bütün dövr ərzində, yəni 19 oktyabr-27 noyabr tarixləri arasında 1000 AZN dəyərində alış-veriş edən Bolkartlının qalib olmaq üçün 50 şansı olacaq. Lotereya biletlərini əvəz edən məlumat daşıyıcısı qismində tirajda iştirak hüququ əldə etmiş hər bir kart üzrə 16 rəqəmli kart nömrəsi əsasında təyin olunan eyniləşdirmə kodu iştirak edəcək. 

Lotereyanın uduş fonduna daxil olan əsas hədiyyə 1 ədəd 2 nəfərlik səyahət paketindən ibarətdir. Səyahət paketinə Avropa şəhərlərinin birinə gediş-dönüş uçuş bileti, transfer xidməti və oteldə 5 günlük istirahət daxildir. Səyahət paketini qazanacaq müştəriyə 500 AZN dəyərində pul mükafatı da təqdim olunacaq. Digər hədiyyələr isə 8300 AZN həcmində nağd pul vəsaitindən və 9500 AZN dəyərində Bolkart ballarından ibarətdir.

Lotereyanın qalibləri 30 noyabr 2016-cı il tarixində kompüterdə bank tərəfindən yaradılmış xüsusi proqram təminatı vasitəsilə keçiriləcək təsadüfi seçim əsasında müəyyən olunacaq.

Lotereya şərtləri və daha ətraflı məlumatla Bank of Baku-nun 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və ya rəsmi Facebook səhifəsinə https://www.facebook.com/Bolkart/daxil olmaqla tanış ola bilərsiniz.  

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku 

Paylaş:
823

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər