Rafael Ağayev 5-ci dəfə dünya çempionu oldu | 1news.az | Xəbərlər
İdman

Rafael Ağayev 5-ci dəfə dünya çempionu oldu

16:54 - 29 / 10 / 2016
Rafael Ağayev 5-ci dəfə dünya çempionu oldu

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatının dördüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, karateçimiz Rafael Ağayev (75 kq) növbəti dəfə dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib. Bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev beşqat dünya çempionu adını qazanıb.

1news.az

Paylaş:
2484

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər