Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavininin köməkçisini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavininin köməkçisini qəbul edib

18:04 - 31 / 10 / 2016
Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavininin köməkçisini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavininin köməkçisi Maykl Karpenteri qəbul edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Maykl Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın münaqişənin həllində irəliləyişə nail olmaq üçün destruktiv siyasət yürütdüyü və müxtəlif təxribatlara əl atdığını vurğuladı.

Səmimi şəraitdə keçən görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olundu.

1news.az

Paylaş:
755

Son xəbərlər

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51
Bütün xəbərlər