Cüdoçularımız “Böyük Dəbilqə”nin qalibi oldu | 1news.az | Xəbərlər
İdman

Cüdoçularımız “Böyük Dəbilqə”nin qalibi oldu

22:19 - 31 / 10 / 2016
Cüdoçularımız “Böyük Dəbilqə”nin qalibi oldu

Azərbaycan cüdoçuları Abu-Dabidə keçirilən "Böyük Dəbilqə" beynəlxalq yarışında uğurla çıxış ediblər.

1news.az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.

Azərbaycan millisi bu nəticə ilə kişilərin yarışında komanda hesabında 1-ci yeri tutub. Aktivində 1 qızıl və 3 bürünc medal olan Rusiya yığması 2-ci yerdə qərarlaşıb. 1 qızıl və 1 bürünc medal qazanan Serbiya cüdoçuları 3-cü olublar.

1news.az

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər