Əliyar Ağayev DÇ-2018-in seçmə mərhələsinə təyinat aldı | 1news.az | Xəbərlər
Futbol

Əliyar Ağayev DÇ-2018-in seçmə mərhələsinə təyinat aldı

15:39 - 01 / 11 / 2016
Əliyar Ağayev DÇ-2018-in seçmə mərhələsinə təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində keçiriləcək Kipr – Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, Kipr – Cəbəllütariq oyunu noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək.

1news.az

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər