Rəqəmli yayıma keçid bizə nə verəcək? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rəqəmli yayıma keçid bizə nə verəcək?

19:19 - 01 / 11 / 2016
Rəqəmli yayıma keçid bizə nə verəcək?

Məlum olduğu kimi, 27 sentyabr 2016-cı il tarixində Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub.

1news.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər  müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Vətəndaşlara müraciət:

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.

Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.

Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların)  əldə olunması xahiş olunur.

Dünya ölkələrində rəqəmli TV yayımının tətbiqi haqqında qısa MƏLUMAT

Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanıb. Bakı şəhəri və Abşeron yarımadası ərazisində “Elettronika” tipli İtalya istehsalı olan TV vericisi ilə sınaq verilişləri həyata keçirilib. Şuranın Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilib. Bu yayımın parametrləri aşağıdakı cədvəldə verildiyi kimi olub:

Radiovericinin orta gücü, Vt

Modulyasiya üsulu

Modulyasiya rejimi

Mənbənin kodlanması üsulu

300

16-QAM

8k

MPEG-2

Daha sonra, 2010-cu ildə dörd rəqəmli TV vericisi istismara verilmişdir. Hazırda işlədilən TV yayım vericilərinin gücü artırılmış və parametrləri müasirləşdirilib. Bu parametrlər aşağıdakı cədvəldə verilir.

Radciovericinin orta güjü, Vt

Modulyasiya üsulu

Modulyasiya recimi

Mənbənin kodlanması üsulu

1200…2400

64-QAM

8k, 16k, 32 k

MPEG-4

 

 

 

 

Azərbaycan Respublikası əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunub. Bu məqsədlə hazırda 103 TV yayım vericisi quraşdırılıb (Onlardan 97 ədədi yayım üçün, qalan 4 ədədi isə yayıma şərait yaratmaq üçün istifadə olunur). Daha 45 azgüclü TV vericisi sifariş edilib.

Avropa Birliyi rəqəmli TV yayımının tətbiqi prosesinə 2005-ci ildən başlayıb. Bu birliyə daxil olan ölkələr DVB-T sistemindən istifadə etmək üçün razılığa gəliblər. Rəqəmli TV yayımının tətbiqi cədvəldə verilmiş xronologiya üzrə yerinə yetirilib.

Ölkənin adı

Rəqəmli  TV yayımının başlanma  tarixi

Analoq TV yayımının dayandırıldığı tarix

Qeyd

 

Avropa ölkələri

1

Hollandiya

 

11 dekabr 2006-cı il

 

2

İsveç

1999-cu il

2008-ci ilin əvvəli

 

3

Almaniya

 

25 noyabr 2008-ci il

Xarici ölkələrdəki hərbi birləşmələrində və regional kanal-larda analoq TV yayımı qalmaqdadır.

4

Danimarka 

1  mart 2003-cü il

1 noyabr 2009-cı il

 

5

Norveç

1 sentyabr 2007-ci il

1 dekabr 2009-cu il

 

6

Fransa

31 mart 2005-ci il

29 noyabr 2011-ci il

Bu tarixdə Fransada bütün tip (kabel, peyk və yerüstü) TV yayımları üzrə analoq formalı yayım dayandırılmışdır.

7

Portuqaliya

29 aprel 2009-cu il

26 aprel 2012-ci il

 

8

Böyük Britaniya

1998-ci il

24 oktyabr 2012-ci il

Xarici ölkələrdəki hərbi birləşmələrində və regional kanal-larda analoq TV yayımı qalmaqdadır.

9

Avropa Birliyinin digər ölkələri

 

2012-ci ilin sonu

 

10

Türkiyə

2006-cı il

2015-ci il

2015-ci il planlaşdırılsa da analoq yayımı bu günə qədər davam edir.

 

Amerika ölkələri

11

ABŞ

1998-ci il

12 iyun 2009-ju il

 

12

Kanada

1 mart 2003-cü il

31 avqust 2011-ci il

 

13

Meksika

2 iyul 2004-cü il

31 dekabr 2016-cı il

 

 

MDB ölkələri

14

Gürjüstan

 

01 iyul 2015-ci il

Əslində 2016-cı ildə dayandırılmışdır.

15

Ermənistan

 

10 iyul 2015-ci il

 

16

Ukrayna

 

31 dekabr 2016-cı il

 

 

Nəzərdə tutulur

17

Rusiya Federasiyası

 

2017-ci il

Bu müddətdən tez ola bilməz. Əhalinin 95%-nin rəqəmli TV yayımını izləmək imkanı ilə məhdudlaşdırılmışdır.

 

Asiya ölkələri

18

Tailand

1 aprel 2014-cü il

31  dekabr 2019-ju il

 

19

İran İslam Respublikası

2009-cu il

31 dekabr 2020-ci il

2011-ci ildən əhalinin 40% rəqəmli TV yayımını izləyə bilir.

20

Vyetnam

1997-ci il

  1. dekabr 2020-ci il

 

Rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri var:

- Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneədayanıqlığının yüksək olması.

- TV vericisinin gücünün azaldılması imkanı.

- Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması.

- Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması.

- Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya)  üzrə TV sisteminin yaradılması.

- Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi.

- TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı.

- İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır.

- Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı.

- Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.

1news.az

 

Paylaş:
1125

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər