Filip Ozobiç: Hər hansı bir futbolçu yüksək səviyyədə oynamasa... | 1news.az | Xəbərlər
Futbol

Filip Ozobiç: Hər hansı bir futbolçu yüksək səviyyədə oynamasa...

22:02 - 02 / 11 / 2016
Filip Ozobiç: Hər hansı bir futbolçu yüksək səviyyədə oynamasa...

 “Lill” klubu ilə matçda qol vurduğum üçün razı qalmışdım”.

1news.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

“Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, onları çox çətin sınaq gözləyir:

“Sabah işimiz çətin olacaq. Hər hansı bir futbolçu yüksək səviyyədə oynamasa, bizə çətin olacaq. “Sent-Etyen” çox güclü komandadı. Bizim 3-4 futbolçumuz olmayanda problem yaranır. Rəqibimizdə isə eyni səviyyədə 25 oyunçu var”.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Sent-Etyen” matçı saat 22:00-da başlayacaq.

1news.az

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər