Bundan da fotoaparat düzəltdilər - FOTO | 1news.az | Xəbərlər
Dünya

Bundan da fotoaparat düzəltdilər - FOTO

10:22 - 03 / 11 / 2016
Bundan da fotoaparat düzəltdilər - FOTO

Avstraliyalı ixtiraçı Kollin Lou qabiliyyətli insanın çox şeyə qadir olduğunu bir daha sübut edib.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, Lounun düzəltdiyi lentli fotoaparat görənləri təəcübləndirir.

Çünki onun əsas elementlərini kartof və konserv bankası təşkil edir.

Bundan əlavə, fotoaparatın düzəldilməsi üçün maqnit, 35 mm-lik lent, yapışqan lent və rezin istifadə olunub.

Əsas məsələ isə, fotokameranın işləməsidir.

Lou bu fotoaparatın ilk ixtirası olmadığını deyib.

O, həmçinin baobab qozasından və blenderdən də fotoaparat düzəldib.

1news.az

Paylaş:
1422

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər