“Qəbələ” və “Qarabağ” növbəti oyunlarına çıxır | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” və “Qarabağ” növbəti oyunlarına çıxır

11:32 - 03 / 11 / 2016
“Qəbələ” və “Qarabağ” növbəti oyunlarına çıxır

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Sportbox.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” və “Qarabağ” da növbəti oyunlarına çıxacaq.

İlk olaraq meydana “Qəbələ” çıxacaq. Roman Qriqorçukun komandası Bakıda “Sent-Etyen”i qəbul edəcək. Fransada keçirilən görüşdə rəqibinə uduzan (0:1) “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 

Buna qədər qrupda keçirdiyi hər üç oyunda məğlub olan komandamız bu gün ilk xalını qazana bilər.

Avropa Liqası, IV tur

3 noyabr

C qrupu    

22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa)
Baş hakim:
 Karlos Del Serro Qrande
Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez
Bakı. 8-ci km qəsəbə stadionu

22:00. “Anderlext” (Belçika) – “Maynts” (Almaniya)

1.

Anderlext

3

1

2

0

5:3

5

2.

Sent Etyen

3

1

2

0

3:2

5

3.

Maynts

3

1

2

0

5:4

5

4.

Qəbələ 

3

0

0

3

3:7

0

Digər təmsilçimiz “Qarabağ” isə PAOK-un qonağı olacaq. İlk oyunda rəqibinə qalib (2:0) gələn komandamız bu görüşdən də xalla ayrılmağa çalışacaq.

Qurban Qurbanovun yetirmələri səfərdən xalla qayıdacaqları təqdirdə,  növbəti mərhələ şanslarını bir qədər də yaxşılaşdıracaq.

J qrupu

00:05. PAOK (Yunanıstan) – “Qarabağ”
Baş hakim:
 Con Biton
Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater
Saloniki. “Tumba” stadionu

00:05.”Fiorentina” (İtaliya) – “Slovan” (Çexiya)

1.

Fiorentina

3

2

1

0

8:2

7

2.

PAOK

3

1

1

1

2:3

4

3.

Qarabağ

3

1

1

1

5:7

4

4.

Slovan

3

0

1

2

4:7

1

 

Sportbox.az

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər