İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar edildi

12:58 - 03 / 11 / 2016
İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar edildi

İrandan Azərbaycana keçən şəxsin daxili orqanında narkotik maddə aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd  bükümdə, xalis çəkisi 1,804 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
908

Son xəbərlər

Tahir Kərimliyə ağır itki

06 / 08 / 2026, 14:58
Bütün xəbərlər