Türkiyədə Twitter, Facebook və WhatsApp-a giriş qadağan edilib | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə Twitter, Facebook və WhatsApp-a giriş qadağan edilib

16:13 - 04 / 11 / 2016
Türkiyədə Twitter, Facebook və WhatsApp-a giriş qadağan edilib

Türkiyədə kürdpərəst HDP partiyasından 11 millət vəkilinin həbsindən sonra Twitter, Facebook və WhatsApp serverlərinə giriş bloklanıb, internet monitorinq qrupu bildirir.

1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, Türkiyə internet resurslarının bildirdiyinə görə bloklama ilk növbədə mobil proqramlara təsir edib.

Cümə günü səhər saatlarında Türkiyənin kürdpərəst Xalqların Demokratik Partiyası (HDP) həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağ həbs ediliblər.

Sosial media istifadəçiləri həmçinin qeyd edirlər ki, bloklama iyul ayında baş vermiş çevrilişə cəhdlə bağlı da ola bilər.

Bu həftənin əvvəli monitorinq qrupu bildirmişdi ki, Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərqində internetə giriş ümumən qadağan edilib.

Turkey Blocks xəbər verir ki, bir müddət təxminən 6 milyon insan internetsiz qalıb.

1news.az

Paylaş:
880

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər