“Qarabağ”dan möhtəşəm qələbə - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”dan möhtəşəm qələbə - VİDEO

09:20 - 04 / 11 / 2016
“Qarabağ”dan möhtəşəm qələbə - VİDEO

Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

1news.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb.

Komandamız səfərdə PAOK-un qonağı olub. Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) Qurban Qurbanovun komandası bunu Salonikidə də bacarıb.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” qrupda ikinci yerə yüksəlib.

Bununla da “Qarabağ” Azərbaycan futbolu tarixində yeni rekordlara imza atıb. Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində iki qələbə qazanan ilk komandamızdır. 

Qrupun digər oyununda “Fiorentina” “Slovan”ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.


3 noyabr

Avropa Liqası, IV tur
 
J qrupu

00:05. PAOK (Yunanıstan) – “Qarabağ” - 0:1 
Qol:
 Miçel Madera, 69
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater
Saloniki. “Tumba” stadionu

00:05.”Fiorentina” (İtaliya) – “Slovan” (Çexiya) - 3:0

Qollar: İliçiç, 30, Kaliniç, 43,Kristoforo, 73
 

1.

Fiorentina

4

3

1

0

11:2

10

2.

Qarabağ

4

2

1

1

6:7

7

3.

Paok

4

1

1

2

2:4

4

4.

Slovan

4

0

1

3

4:10

1

1news.az

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər