Xəzərdə zəlzələ baş verib: “Günəşli” yatağında təhlükə | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə zəlzələ baş verib: “Günəşli” yatağında təhlükə

13:41 - 05 / 11 / 2016
Xəzərdə zəlzələ baş verib: “Günəşli” yatağında təhlükə

Ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Noyabrın 4-də təxminən saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub:

“İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyə olunub. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılıb, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.

1news.az

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər