Türkiyə Azərbaycandan aldığı elektrik enerjisini azaldıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyə Azərbaycandan aldığı elektrik enerjisini azaldıb

14:59 - 07 / 11 / 2016
Türkiyə Azərbaycandan aldığı elektrik enerjisini azaldıb

Türkiyə yanvar-sentyabr ayları ərzində elektrik enerjisi idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% azaldıb.

1news.az APA-ya istinadən xəbər verir ki, azalmaya səbəb son zamanlar Türkiyə daxilində elektrik enerjisinin və bərpa olunan enerjinin istehsalının artmasıdır.

Rəsmi statistikaya əsasən, Türkiyə ötən ilin müvafiq dövründə Yunanıstan, Bolqarıstan, Gürcüstan, İraq və İrandan ümumi həcmi 4 mlrd. 654 mln. 21 bin kVt/saat elektrik enerjisi aldığı halda, cari ilin analoji dövründə qonşu ölkə Yunanıstan, Gürcüstan, Bolqarıstan və Azərbaycandan ümumi həcmi 3 mlrd. 244 mln. 448 min kVt/saat elektrik enerjisi alıb ki, bu da 30% azalmanın olduğunu göstərir.

2015-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyə idxal etdiyi elektrik enerjisinə görə 290 mln. 417 min dollar ödədiyi halda, bu ilin müvafiq dövründə bu rəqəm 46% azalaraq 155 mln. 801 min dollara enib. Beləliklə, Türkiyə 134 mln. 616 min dollara qənaət edib.

Türkiyə bu il ən çox sentyabr ayında elektrik enerjisi idxal edib. Ötən ay qonşu ölkə Yunanıstan, Bolqarıstan, Gürcüstan və Azərbaycandan ümumi həcmi 477 mln. 289 min kVt/saat olan elektrik enerjisi idxal edib. Sentyabrda elektrik enerjisini idxalı Türkiyəyə 24 mln. 662 min dollara başa gəlib.

Türkiyəyə ən çox elektrik enerjisi satan Bolqarıstandır. İlin 9 ayı ərzində Bolqarıstan Türkiyəyə ümumi dəyəri 98 mln. 498 min dollar olan 2 mlrd. 131 mln. 177 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib. Bolqarıstanı Yunanıstan, Azərbaycan və Gürcüstan izləyir. Hesabat dövründə Yunanıstandan idxal olunan 542 mln. 961 min kVt/saat elektrik enerjisinə görə 169 mln 90 min dollar ödəndiyi halda, Türkiyə Azərbaycan və Gürcüstandan müvafiq olaraq 345 mln. 633 min və 224 mln. 677 min kVt/saat elektrik enerjisi alıb ki, buna görə 16 mln. 819 min və 9 mln. 427 min dollar ödəyib.

1news.az

Paylaş:
569

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər