Əlillərin bərpa mərkəzlərinin əməkdaşları üçün treninq keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlillərin bərpa mərkəzlərinin əməkdaşları üçün treninq keçirilib – FOTO

17:39 - 07 / 11 / 2016
Əlillərin bərpa mərkəzlərinin əməkdaşları üçün treninq keçirilib – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) üzərində tibbi-sosial ekspertiza xidməti və Əlillərin Bərpa Mərkəzləri arasında elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi ilə əlaqədar qeyd olunan sahələrin əməkdaşları üçün treninq keçirilib.

1news.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov son illərdə nazirliyin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqinə əsaslanan islahatların tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahələrini də əhatə etdiyini vurğulayıb.

Nazir müavini bildirib ki, ölkəmizdə əlilliyin müəyyən olunması sistemi ilə bağlı aidiyyəti təşkilatlar arasında elektron məlumat mübadiləsinin avtomatlaşdırılmış infrastrukturu qurulub. TSERAS əlilliyin qiymətləndirilməsi üçün göndəriş formalarının həmin sistem üzərindən elektron formada qəbulunu təmin edir. Bütün əlillik müayinələrinin nəticəsi olaraq qəbul olunmuş qərarlar barədə məlumatlar real vaxt rejimində sistemə daxil edilir.

Həmin məlumatları həm müayinəsi keçirilmiş vətəndaşların, həm də aidiyyəti qurumların elektron formada əldə etmək imkanı var. Bu da  tibbi-sosial ekspertiza xidməti və reabilitasiya üzrə fəaliyyətdə məmur-vətəndaş müraciətlərinin əhəmiyyətli şəkildə azalmasına, şəffaflığın təminatına şərait yaradıb.

N.Məmmədov nazirliyin əlillərin bərpa-müalicə müəssisələrinin fəaliyyətinin də TSERAS-la əlaqəli qurulduğunu diqqətə çatdırıb. O qeyd edib ki, TSERAS əlilliyi olan şəxslər, onların xəstəlik vəziyyətləri və s. barədə dolğun məlumat bazası formalaşdırır ki, bu da əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin həmin elektron məlumatlar əsasında təşkil olunmasına imkan verib.

Hazırda əlillərin bərpa mərkəzləri tərəfindən əlillərin qəbulu tibbi-sosial ekspert komissiyalarının, eləcə də səhiyyə müəssisələrinin müvafiq göndərişləri əsasında həyata keçirilir. Həmin göndərişlərin də TSERAS-a daxil edilməsi və əlillərin bərpa-müalicə müəssisələri tərəfindən onların məhz elektron informasiya sistemi üzərindən qəbul edilməsi imkanı yaradılacaq. 

Bu prosedur tibbi-sosial ekspertiza xidməti və Əlillərin Bərpa Mərkəzləri arasında elektron məlumat mübadiləsi sisteminin daha da təkmilləşməsinə səbəb olmaqla, bərpa müalicəsinə və protez-ortopedik xidmətə cəlb olunanlarla bağlı fəaliyyətə dair elektron informasiya bankının yaranmasını təmin edəcək. Hazırda keçirilən treninq də əməkdaşların bu sahədə texniki bilik və bacarıqlarının formalaşmasına istiqamətlənib. 

Daha sonra mövzu ilə bağlı təqdimat olub. Əlillərin Bərpa Mərkəzləri tərəfindən bərpa müalicəsi üçün göndəriş formalarının Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə daxil edilməsi və sistem üzərindən qəbulu, habelə sistemin müvafiq funksional imkanları barədə məlumat verilib. 

Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsində çalışan əməkdaşların sualları da cavablandırılıb, onlara praktik izahatlar verilib.

1news.az

Paylaş:
510

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər