Millimizin Şimali İrlandiyada açıq məşqi olacaq | 1news.az | Xəbərlər
Futbol

Millimizin Şimali İrlandiyada açıq məşqi olacaq

13:19 - 08 / 11 / 2016
Millimizin Şimali İrlandiyada açıq məşqi olacaq

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, noyabrın 11-də Belfast şəhərindəki “Vindzor Park” stadionunda keçiriləcək matçdan bir gün öncə baş məşqçilər media nümayəndələri önünə çıxacaq.
 
Noyabrın 10-da Bakı vaxtı ilə saat 16:45-də Böyük Britaniya təmsilçisinin baş məşqçisi Maykl Onil mətbuat konfransı keçirəcək. Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki isə 23:15-də jurnalistlər önünə çıxacaq.
 
Həmin gün saat 15:00-da Şimali İrlandiya, 23:45-də isə Azərbaycan yığmasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.

1news.az

Paylaş:
1103

Son xəbərlər

Bütün xəbərlər