Yanvarın 1-də Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yanvarın 1-də Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq

17:27 - 08 / 11 / 2016
Yanvarın 1-də Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq

Yanvarın 1-də Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Qars valisi Rəhmi Doğan məlumat verib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ilk mərhələsi bu ilin sonuna qədər tamamlanacaq. Yanvarın 1-də sınaq qatarı yola salınacaq və bununla da yeni ilin ilk günündə Bakı-Tbilisi-Qarsın açılışı həyata keçiriləcək.

Qeyd edək ki, 826 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin inşası 2008-ci ildə başlayıb. Layihə sayəsində Asiya və Avropa arasında dəmir yolu ilə səyahətin müddəti 15 günə enəcək.

1news.az

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər