Şimali İrlandiya Azərbaycana qarşı necə oynayacaq?
Bu gün futbol üzrə Şimali irlandiya millisinin baş məşqçisi Maykl О'Nilin mətbuat konfransı baş tutub.
Sabah isə Azərbaycan yığması Şimali İrlandiya ilə səfərdə vacib görüş keçirəcək.
1news.az-ın Belfastda olan əməkdaşının sözlərinə əsasən, rəqibimiz Azərbaycanla oyuna itkilərlə başlayacaq.
Komandanın hücum xəttində ciddi problemlər mövcuddur. Hal-hazırda Maykl О'Nilin sərəncamında 4 hücumçu var Uill Qriqq, Coş Makqennis, Keyl Lafferti və son anda cəlb olunan Laim Boys. Böyük ehtimalla, dünən komanda ilə məşq etməyən Konor Vaşinqton oyunu buraxacaq.
Bundan əlavə, bu gün qırılmış qolunda əməliyyat aparılan Ceymi Uordda meydana çıxmayacaq. San-Marino ilə oyundan sonra oynamayan Ctuart Dalas da komandamızla görüşdə iştirak etməyəcək.
Yerli jurnalistləri dediyinə görə, heyətdə böyük itkilər səbəbindən Şimali İrlandiya bu dəfə olduğu qədər təhlükə yaratmayacaq. Bu səbəbdən də komandanın heyətində kimlərin olacağını demək çətindir.
Böyük ehtimalla Şimali irlandiya 3-4-2-1 taktikası ilə oynayacaq.
Qapıda Maykl Makqovern duracaq, müdafiə xəttini Qaret Makaley, Aaron Hyuz və Conni Evans qoruyacaq. Yarımmüdafiədə Stiven Devis, Kris Brant, Korri Evans və Oliver Norvud çıxış edəcəklər. Hücumu isə Coş Makqennis, Uill Qriqq və Kayl Lafferti triosu təşkil edəcək.
1news.az