ABŞ-da Trampa qarşı mitinq dava ilə sonlandı | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da Trampa qarşı mitinq dava ilə sonlandı

09:38 - 10 / 11 / 2016
ABŞ-da Trampa qarşı mitinq dava ilə sonlandı

Dünən ABŞ-da Donald Trampın prezident seçkilərindən qalib olmasına etiraz edən 200 nəfər mitinq keçirib.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumatına əsasən, etirazçılar polisin müşayəti ilə Vaşinqntonda küçələrlə yürüyüş edərək Ağ Evin qarşısına toplaşıblar.

Mitinq iştirakçıları yoldan keçənləri mitinqə qoşulmağa çağırıblar.

Ağ Evin qarşısında mitinq iştirakçıları polis əməkdaşları ilə qarşıdurma yaradıblar.

Nəticədə bir nəfər saxlanılıb, polis isə etirazçıları Ağ Ev ətrafından qovub.

Qeyd edək ki, ümumi hesabda daha çox seçicilərin səsini qazanmasına baxmayaraq, Hillari Klinton prezident seçkilərində Donald Trampa məğlub olub.

Buna isə ABŞ-da mövcud olan “seçənlər kollegiyası” sistemi səbəbdir.

1news.az

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər