Əhəd Abıyevin barmaqları sındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhəd Abıyevin barmaqları sındı

11:04 - 10 / 11 / 2016
Əhəd Abıyevin barmaqları sındı

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 9 noyabr tarixində keçirilmiş tədbirdə Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağının maketini sındırması barədə söz-söhbətlər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

1news.az-ın Modern.az-a istinadən verdiyi məlumatına əsasən, Əhəd Abıyevin özü də məsələyə aydınlıq gətirib. İcra başçısı açıqlamasında deyib ki, yazılanların hamısı yalandır:

“Tədbirdə belə bir səhnə olacağını bilmirdim. Tribunadan eşitdim ki, mərasimə erməni bayrağı gətiriləcək və ayaq altına atılıb tapdalanacaq. Mən də dedim ki, bayrağı saxlayın gəlirəm. Tribunadan düşdüm və bayrağı əksinə çevirdim. Elə təsəvvür etdim ki, ermənidir, başını aşağı, ayaqlarını göydə tutmuşam. Bir yumruq da onun nəzərdə tutduğum yerindən vurdum. Maket iki yerə bölündü. Doğrudur, barmaqlarım sınıb, rentgendən keçdim. Amma ciddi bir şey yoxdur”.

İcra başçısı deyib ki, Kolumbiya bayrağından söhbət gedə bilməz:

“O səhnəni görməyənlər eynək taxıb yaxşı-yaxşı baxsınlar. Kim bu hadisəni belə bəzəyib-düzəyib, bilmirəm. Amma söhbət mənim önümə gətirilən erməni bayrağından gedir. İndi bilmirəm Azərbaycanda erməni bayrağının müdafiəsinə qalxan, qanında erməni qanı olan, evində erməni yatızdıran kimlərdir... Hesab edirəm ki, bilərəkdən belə şayiələr yayır, panika yaradırlar.

Yenə deyirəm, o bayraq erməni bayrağı idi, mən də yaxşı eləmişəm, əcəb eləyib sındırmışam.

Mən müharibə iştirakçısıyam, Qarabağda döyüşmüşəm. O an gözümün qabağına Xocalını gətirdim, azərbaycanlı qadınların boğazına bayrağımızı asıb boğduqlarını gətirdim. O şəkillər məndə var. Şərəfsizlər, alçaqlar bunu demirlər, siyasi oyunbazlıq edirlər. Mən buna siyasi oyunbazlıq deyirəm və bildirirəm ki, bu panikanı yayanlar erməninin tərəfində olanlardır. O şiferin üstündəki əsl erməni bayrağı idi. Daşkəsənin özündə 120 nəfərə qədər erməni qadını var, qohumlarının hamısı Ermənistandadır. İndi də bizə deyirlər ki, “sizin arvadınızıq, sizin qulluqçunuzuq, sizə xidmət edirik”.

Baxın o xəbəri yayanlar da ermənidir. Dünəndən Bakıdakı ermənilər od tutub yanırlar”.

1news.az

Paylaş:
499

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər