Ərdoğan Trampı təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, Türkiyənin dövlət başçısı Donald Trampa telefonla zəng edərək ABŞ prezidenti seçilməsi münasibətilə ona təbriklərini çatdırıb.
Telefon danışıqlarında iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi, terrorçuluqla mübarizədə əməkdaşlıq müzakirə edilib. Ərdoğan bildirib ki, ABŞ və Türkiyə yaxın müttəfiqdir. Onları qarşılıqlı hörmət, ümumi maraqlar və dəyərlər birləşdirir.
Həmçinin Ərdoğan təbrik mesajını Twitter-də də dpaylaşıb.
1news.az
613