Rumıniya səfiri BANM-də - FOTO
Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşdü. Rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirdi.
1news.az-a BANM-dan verilən xəbərə görə, rektor BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz acdı.
Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs etdi. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə geniş əlaqələrindən danışdı. Elmar Qasımov səfirə BANM-in tələbələri üçün təqdimat və ya məruzə ilə çıxış etməsini təklif etdi.
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku səmimi qəbula görə təşəkkür edərək təklifi qəbul etdi. Səfir BANM ilə Rumıniya universitetləri arasında təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına xüsusi önəm verdiyini qeyd etdi. O, Rımıniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin inkişafından söz açdı.
Görüşdə, o cümlədən universitetlərarası əlaqələr, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
1news.az