Millimiz Şimali İrlandiyaya qarşı | 1news.az | Xəbərlər
Futbol

Millimiz Şimali İrlandiyaya qarşı

13:20 - 11 / 11 / 2016
Millimiz Şimali İrlandiyaya qarşı

Bu gün DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi növbəti oyununa çıxacaq.

1news.az-ın məlumatına görə, komandamız səfərdə Şimali İrlandiyanın qonağı olacaq.

İlk 3 turda məğlub olmayan, hətta qapısında qol görməyən Robert Prosineçkinin komandası uğurlu seriyasını çətin səfər oyununda da davam etdirməyə çalışacaq.

Millimiz görüşə ciddi itki ilə çıxacaq. Belə ki, kapitan Rəşad Sadıqov zədə səbəbindən çətin səfərdə meydana çıxa bilməyəcək. 


DÇ-2018-in seçmə mərhələsi, IV tur

11 noyabr

C qrupu

23:45. Şimali İrlandiya – Azərbaycan

Baş hakim: Klement Turpin

Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)

Belfast. “Vindzor Park” stadionu

 

1.

Almaniya

3

3

0

0

8-0

9

2.

Azərbaycan

3

2

1

0

2-0

7

3.

Şimali İrlandiya

3

1

1

1

4-2

4

4.

Norveç

3

1

0

2

4-5

3

5.

Çexiya

3

0

2

1

0-3

2

6.

San Marino

3

0

0

3

1-9

0

 

1news.az

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər