Millimizin rəqibləri müəyyənləşdi | 1news.az | Xəbərlər
Futbol

Millimizin rəqibləri müəyyənləşdi

15:58 - 11 / 11 / 2016
Millimizin rəqibləri müəyyənləşdi

19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb.

1news.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə millimizin də rəqibləri müəyyənləşib.

Belə ki, 4-cü qrupda yer alan qızlarımız İspaniya, Ukrayna və Albaniya kimi komandalara rəqib olub.

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il sentyabrın 11-19 və ya oktyabrın 16-24-də keçirilməlidi. Hər qrupda ilk iki yeri tutanlar elit-raunda yüksələcək.

1news.az

Paylaş:
725

Son xəbərlər

Bütün xəbərlər