Rusiya vətəndaşından iki ədəd qanunsuz saxladığı tüfəng götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya vətəndaşından iki ədəd qanunsuz saxladığı tüfəng götürülüb

16:33 - 11 / 11 / 2016
Rusiya vətəndaşından iki ədəd qanunsuz saxladığı tüfəng götürülüb

Gəncədə polis əməkdaşları Rusiya vətəndaşını saxlayıblar.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı Elbrus Həsənovun Gəncə şəhərindəki evinə baxış keçirilib.

Baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-16” və “TOZ-8” markalı tüfənglər 78 ədəd patron və 6 ədə boş giliz aşkar edilərək götürülüb.

1news.az

 

Paylaş:
1143

Son xəbərlər

Bütün xəbərlər