Cüdoçumuz Avropa çempionu oldu | 1news.az | Xəbərlər
İdman

Cüdoçumuz Avropa çempionu oldu

21:42 - 11 / 11 / 2016
Cüdoçumuz Avropa çempionu oldu

İsrailin paytaxtı Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı keçirilir.

1news.az-ın məlumatına görə, yarışda ölkəmizi təmsil edən Hidayət Heydərov (73 kq) Kipr, Belçika, Kosova və Rusiya idmançılarına qalib gələrək finala vəsiqə qazanıb.

Həlledici mərhələdə İsrail təmsilçisi Tohar Butbulla qarşılaşan idmançımız rəqibini ippon fəndi ilə məğlub edərək Avropa çempionu adını qazanıb.

Digər cüdoçumuz Telman Vəliyev (66 kq) bürünc medal uğrunda görüşdə israilli Aleksander Raskopine məğlub olaraq çempionatı beşinci pillədə başa vurub.

1news.az

Paylaş:
1199

Son xəbərlər

Bütün xəbərlər