“Mitsubishi Azərbaycan”dan 10 illik yubileyi münasibətilə xüsusi təklif - FOTO
10 ildir ki, ölkəmizdə fəaliyyət göstərən “Mitsubishi Azərbaycan” yubileyini qeyd edir. Şirkət bu illər ərzində öz müştərilərinə yüksək səviyyədə xidmət göstərib.
Avtomobillərinin yüksək keyfiyyət standartları, komfortu və etibarlılığı, eləcə də texniki xidmətinin səviyyəsi ilə “Mitsubishi” qısa zaman ərzində böyük rəğbət qazanmağa nail olub. Hazırda “Mitsubishi” alıcıların seçim zamanı tez-tez üstünlük verdiyi avtomobil markalarından biri hesab olunur.
Bu diqqəti hər zaman dəyərləndirən brend 10 illiyi ilə əlaqədar olaraq yeni sərfəli satış və servis kampaniyalarına start verərək öz yubileyini müştərilərilə birgə qeyd etmək niyyətindədir. Belə ki, indi “Mitsubishi”-dən istənilən avtomobili seçməklə müştərinin onu daha münasib qiymətə əldə etmək şansı var. Hazırda “Mitsubishi” Azərbaycan seçilən modeldən asılı olaraq alıcıya 5500 AZN-ə qədər qənaət etmək imkanı verir.
Yubiley kampaniyasında texniki xidmət də iştirak edir. Servisin xüsusi təklifləri çərçivəsində “Mitsubishi” sahiblərinə elektron diaqnostika və hərəkət hissəsinin diaqnostikası hədiyyə olunur. Bununla bərabər, xidmət haqqı və ehtiyat hissələrinə də 15% endirimdən faydalanmaq fürsəti verilir. Qeyd edək ki, servisin yubiley kampaniyası noyabrın 30-dək keçirilir və buraya kuzovun təmiri də daxildir.
“Mistubishi Azərbaycan”ın Bakı şəhərindəki 3 dileri və həmçinin Gəncə şəhərində də dileri fəaliyyət göstərir.
Kampaniyalar haqda ətraflı məlumatı brendin saytından əldə etmək mümkündür:
Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən “Mitsubishi” Avtomobil Mərkəzi avtomobillərin geniş model sırasını və keyfiyyətli texniki servis təklif edir, orijinal ehtiyat hissələrinin və aksessuarların təchizini təşkil edir. 2,5 hektar sahədə yerləşən Mərkəzə avtomobil satışı, texniki servis mərkəzi və ehtiyat hissələrinin anbarı daxildir. Servis mərkəzində eyni vaxtda 30-a qədər avtomobil xidmətdən keçə bilir.
Müştəri məmnuniyyətini qoruyub saxlamaq üçün satış salonunda peşəkar məsləhətçi qrupu xidmət göstərir. Satış nağd, köçürmə və kredit şərtləri ilə həyata keçirilir, alıcının rahatlığı üçün burda bank və sığorta filialları fəaliyyətdədir. “Mitsubishi” Avtomobil Mərkəzində müştəri və ziyarətçilərin şüşəli salonda aparılan qulluq və təmir prosesini canlı izləmək şansı var.
Reklam hüququnda