Quba sakini at arabasının altında qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba sakini at arabasının altında qaldı

17:55 - 13 / 11 / 2016
Quba sakini at arabasının altında qaldı

Quba rayonunda 30 yaşlı gənc arabanın altında qalıb.

1news.az Report-a istinadən xəbər verir ki, rayonun Alekseyevka kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Şahin Şamil oğlu bağdan meyvə daşıyarkən, ata qoşulmuş arabanın altında qalıb.

Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yaralı “qarının küt travması, sağ qaş üstü nahiyəsinin cırılmış - əzilmiş yaraları” diaqnozu ilə gətirilib.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

1news.az

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər