“Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək” - İlham Əliyev | 1news.az | Xəbərlər
Siyasət

“Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək” - İlham Əliyev

14:09 - 13 / 11 / 2016
“Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək” - İlham Əliyev

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində hərbçilərlə görüşü zamanı səsləndirib.

Prezident deyib ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır:

“Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür”.

Ordumuzun maddi-texniki təminatının ən yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika alıb. Bu, özünü aprel döyüşlərində bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür. Vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınaraq ordumuzun sərəncamına verilib.

1news.az

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər