Nazirlikdə iki sektor müdiri işdən azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlikdə iki sektor müdiri işdən azad edilib

17:12 - 14 / 11 / 2016
Nazirlikdə iki sektor müdiri işdən azad edilib

Gənclər və İdman Nazirliyinin iki sektor müdiri vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki, bu barədə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

F.Mansurov bildirib ki, hazırda nazirliyin İdman şöbəsi 6 sektordan ibarətdir. Bu yaxınlarda Mütalib Həsənov idman məktəbləri, İradə Rüstəmzadə dopinqə qarşı mübarizə sektorunun müdiri vəzifəsindən ayrılıblar:

“Yaxın gələcəkdə digər sektorların müdirləri də özlərini doğrultmasalar, yollarımızı ayıracağıq”.

1news.az

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər