AFFA Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyini irəli sürdü | 1news.az | Xəbərlər
Futbol

AFFA Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyini irəli sürdü

19:27 - 14 / 11 / 2016
AFFA Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyini irəli sürdü

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.

Aparılmış müzakirələrən sonra AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Bundan başqa, nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunması tapşırılıb.

AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilməsi qərara alınıb.

1news.az

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər