Daşınmaz əmlak bazarının oktyabr ayı üçün icmalı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daşınmaz əmlak bazarının oktyabr ayı üçün icmalı

16:20 - 15 / 11 / 2016
Daşınmaz əmlak bazarının oktyabr ayı üçün icmalı

Oktyabr ayının yekunlarına əsasən təkrar bazarda orta qiymət 1400 AZN/m2, ilkin bazarda isə 1318 AZN/m2 təşkil edib.

Bu haqda, oktyabr ayında paytaxtın daşınmaz əmlak bazarında aparılan monitorinqə əsaslanaraq “AS Group İnvestment” Şirkətlər qrupu nəzdində Strateji Araşdırmalar Mərkəzi məlumat verir.

İlkin bazar

Asgroup.az saytında yerləşdirilən araşdırmaya əsasən, oktyabrın sonuna Bakı və Xırdalan şəhərləri, həmçinin Masazır qəsəbəsində 60-dan çox layihədə aktiv tikinti prosesi gedir. Bakı şəhərinin ilkin bazarında bir neçə layihə istisna olmaqla, digər bütün layihələrdə qiymət əvvəlcə enib, sonra isə qalxıb. Layihələrin əksəriyyəti aşağı qiymət və uyğun satış şərtlərinə diqqət ayırır. Xüsusi konsepsiya ilə mövqelənən layihə demək olar ki, yoxdur. Halbuki, alıcılar, xüsusilə də premium və elit-klass layihələrdə unikal konsepsiyaya böyük önəm verir. Bu, özünü “Renessans Palace” premium-klass yaşayış kompleksində daha aydın şəkildə büruzə verir. Belə ki, “Renessans Palace”-ın satış ofisinə gələn potensial alıcıların 80% “avtomobilsiz həyət” konsepsiyasına görə bu layihə ilə maraqlandığını söyləyir.

2016-cı ildə ilkin bazarda baş verən əhəmiyyətli dəyişikliklərdən biri də, təmirlə bazara çıxan layihələrin sayının çoxalmasıdır. Ümumilikdə, Bakı və Xırdalanda həm təmirli, həm də təmirsiz mənzil təklif edən layihələrin ümumi aktiv layihələr arasında xüsusi çəkisi 29% təşkil edib. Tendensiya onu göstərir ki, həm təmirli, həm də təmirsiz mənzil təklif edən layihələrin sayı artacaq.    

Təkrar bazar    

Təkrar bazarda ötən ilə nisbətən manat ifadəsində qiymət dəyişikliyi nəzərə çarpmayıb. Mənzillərin satışa çıxarılan qiymətinin analizindən belə nəticəyə gəlmək olar ki, təklifin əsas hissəsinin (41%) qiyməti 70 000 – 120 000 min AZN diapazonunda dəyişir. Təkrar bazarın yeni tikililər seqmentində təklifin 40% qiyməti 90 000– 120 000 min AZN olan mənzillərin payına düşür. Köhnə tikililərdə isə 50 000 – 90 000 min AZN qiymət diapazonu təklifin 51%-ni təşkil edir. Yeni tikililərdə ən bahalı kvadratmetr 5-otaqlıda (1516 AZN), köhnə tikililərdə isə 1-otaqlıda qeydə alınıb (1584 AZN). Ən ucuz kvadratmetr isə yeni tikililərdə 2-otaqlıda (1341 AZN), köhnə tikililərdə isə 5-otaqlıda qeydə alınıb (1169 AZN). 

Təkrar bazarda müşahidə olunan digər bir dəyişiklik təklif portfelinin strukturunun əhəmiyyətli dərəcədə dəyişməsidir. Belə ki, əgər 2015-ci ildə ümumi təklifin 61%-i köhnə tikili, 39%-i isə yeni tikililər təşkil etmişdirsə, 2016-cı ildə 57% - yeni tikililərin, 43% isə köhnə tikililərin payına düşür.

Strateji mərkəzin proqnozuna əsasən, təklif portfelinin “şişməsi” ilə əlaqədar olaraq təkrar bazarda və ilkin bazarın ekonom seqmentində yaxın aylarda qiymət düşəcək. İlkin bazarın elit və premium-seqmetində isə əksinə qiymət ya stabil qalacaq, ya da artıma meylli olacaq. 

Reklam hüququnda 

Paylaş:
553

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər