İraq ordusu Mosulun bir hissəsini azad edib
İraq ordusu Mosulun İŞİD terror təşkilatı üzvlərindən azad edilməsi üzrə kampaniyanın başlanmasından bir ay sonra şəhərin şərq yarısının üçdəbirini terrorçulardan azad edib.
1news.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin nümayəndəsi briqada generalı Saad Maan məlumat verib.
“Mosulun şərq hissəsinin üçdəbirindən çoxu azad edilib.”, - mənbə bildirib.
Generalın sözlərinə əsasən, təkcə Mosulun cənub ətraflarında 955 İŞİD terrorçusu öldürülüb, 100-dən çoxu əsir götürülüb.
Maan zərərsizləşdirilmiş terrorçuların və bütün kampaniya zamanı koalisiya sıralarında verilən itkinin ümumi sayını açıqlamayıb.
Dəclə çayı Mosulu şərq və qərb hissələrə bölür. Şərq yarısı sahəcə qərb hissədən bir az böyük olan şəhərin tarixi mərkəzi onun qərbində yerləşir.
1news.az