Ronaldo “manekenlər” fleşmobu üçün soyundu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Ronaldo “manekenlər” fleşmobu üçün soyundu – VİDEO

17:48 - 15 / 11 / 2016
Ronaldo “manekenlər” fleşmobu üçün soyundu – VİDEO

Dünyaca məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo sosial şəbəkələrdə populyarlıq yığan Mannequin Challenge fleşmobuna qatılıb.

1news.az-ın verdiyi məlumata əsasən, futbolçu və onun Portuqaliya yığmasından komanda yoldaşları bir anlıq soyunma otağında “donmaq” qərarına gəliblər.

Ronaldonun özü isə bu mənzərənin mərkəzində qədim yunan etleti pozasında durub.

Bu futbolçunun qol vurduqdan sonra sərgilədiyi sevimli duruşu əks etdirir.

Yeri gəlmişkən, digər portuqaliyalı futbolçular da qeyri-adi pozaları ilə yadda qalıblar.

1news.az

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər