Rusiyada nazir həbs edilib
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.
1news.az “Report”a istinadən xəbər verir ki, bu haqa Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, o, "Başneft"in dövlət səhmlərinin "Rosneft"ə satılması ilə bağlı sövdələmənin müsbət qiymətləndirilməsi üçün 2 milyon dollar məbləğində rüşvət alıb.
Məlumata görə, nazir hazırda həbsdədir və ona qarşı istintaq-əməliyyat tədbiri həyata keçirilir.
1news.az
1093