Dünyaca məşhur azərbaycanlılar – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Dünyaca məşhur azərbaycanlılar – FOTO – VİDEO

12:32 - 15 / 11 / 2016
Dünyaca məşhur azərbaycanlılar – FOTO – VİDEO

Çoxlarımız Azərbaycanda yaşayıb-yaradan məşhurları tanısaq da, xarici ölkələrdə yaşayan soydaşlarımızın bəzilərini tanımırıq. Bəlkə də bir çoxlarını əcnəbi olaraq tanısaq da, xəbərimiz yoxdur ki, onlar Azərbaycan əsillidirlər. Gəlin dünyaca məşhur azərbaycanlıları tanıyaq:

Lütfi Zadə (əsl adı – Lütfəli Rəhim oğlu Əsgərzadə) azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Lütfi Zadə bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Əzizə Mustafazadə – dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır.

Emin (Emin Ağalarov) 1979-cu ildə Bakıda doğulub. Hazırda Rusiyada yaşayan Azərbaycan əsilli müğənni və musiqiçi, bir sıra mahnıların müəllifi, sahibkar və Crocus Group şirkətinin vitse-prezidentidir.

Araz Ağalarov – 1955-ci ildə Bakıda anadan olub. İqtisad elmləri doktoru, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidentidir. 2012-ci ildə Forbes jurnalının Rusiyanın “daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutub.

Çağla Şikel – aktrisa, model və aparıcı. Azərbaycan əsilli Qars ailəsindəndir, İstanbulda dünyaya gəlib. Anası adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. 1979-cu ildə anadan olan sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.

Nəsrin Cavadzadə – 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb.  Hazırda Türkiyədə serial və kino aktrisasıdır. Nəsrin Mərmərə Universiteti Kino və Televiziya Fakültəsinin məzunudur.

Sami Yusuf – 21 iyul 1980-ci ildə dünyaya gələn Cənubi Azərbaycandan olan dünya şöhrətli müğənni və bəstəkardır. İngiltərədə yaşayan Azərbaycan əsilli müğənni, yazıçısı, bəstəkar, prodüser və musiqiçidir. Dünyanın ən prestijli musiqi institutlarından biri olan Londondakı The Royal Academy of Music də daxil olaraq bir çox tanınmış bəstəkarlardan musiqi təhsili alıb. Eləcə də Sami Yusif dünyada ən çox albomları satılan və YouTube-da klipləri izlənilən müğənnidir.

Fərhad Yusifov və ya Mark Jozef –  Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseridir. Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya Dövlət Kinomotoqrafiya İnstitutunun Bədii filmin rejissorluğu fakültəsini bitirib. Bir sıra ekran əsərlərində  - “Nizami”, “Dədə Qorqud” (Tural), habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb.

Timur Rodriqez (əsl soyadı – Kərimov) – Rusiyada şoumen, müğənni, TV və radio aparıcı, aktyor, bir sıra məşhur telelayihələrin iştirakçısıdır. O, 1979-cu ildə Rusiyanın Penza şəhərində azərbaycanlı aktyor Mikayıl Kərimovun ailəsində dünyaya gəlib.

Rüstəm Cəbrayılov – aktyor və model.  1986-cı ildə Rusiyada azərbaycanlı ailədə dünya gəlib. "The Best Model Of Azerbaijan 2006" müsabiqəsinin qalibidir. Eləcə də Rüstəm bir sıra müsabiqələrdə qalib gəlib. O, "Nissan", "Samsung", "Brioni", "Gucci", "Yves Saint Laurent", "D&G", "Marc Ecko", "Çinici Collection", "Century 21" kimi məşhur şirkətlərlə çalışıb.

Rober Osseyn – fransız teatr və kino aktyoru, rejissor, prodüser, “Marinyi” bədii teatrının rəhbəridir. O, 1927-ci ildə Parisdə skripkaçı və bəstəkar Andre Osseynin (Əminulla Hüseynov – azərbaycan əsilli) ailəsində doğulub. 

Sara Şahi – ABŞ-da aktrisa və foto modeldir. Atası – İranda yaşayan azərbaycanlı, anası isə ispandır.

Andrea Kərimli (Mantea) – Rumıniyada yaşayan azərbaycan əsilli fotomodel.

Byanka Balti – məşhur italyan modeli. Atası məşhur model, anası isə Azərbaycan əsillidir.

Aylar Dianati Li - Norveçli model və aktrisa. Milliyyətcə Cənubi Azərbaycandandır.

S.Xankişiyeva

Paylaş:
41864

Son xəbərlər

Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47
Bütün xəbərlər