Azərbaycanda şair vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda şair vəfat edib

11:12 - 16 / 11 / 2016
Azərbaycanda şair vəfat edib

Şair Fikrət Sadıq vəfat edib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, F. Sadıq bu gün səhər saatlarında evində 86 yaşında dünyasını dəyişib.

Dəfn və vida mərasimlərinin yeri dəqiqləşdirilir.

Sadıqov Fikrət Abbas oğlu (Fikrət Sadıq) 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.

1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fəxri təqaüdçüsü idi.

1news.az

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər