16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür
YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib.
1news.az xəbər verir ki, BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimai arasında müvafiq tədbirlər keçirmək tövsiyyə olunub.
Son illərdə dünyada ekstremizm və zorakılığın güclənməsi müşahidə olunur. Tolerant yanaşmanın zəif olması bu mənfi tendensiyanın güclənməsinə təkan verir.
Beynəlxalq Tolerantlıq günü dini inanclarda təcəssüm olunan müxtəliflilik, təhlükə deyil, əksinə, dəyərli bəxşişdir. Buna görə də, tolerantlıq üzərində mövcud olacaq dözümlü cəmiyyətlərin qurulmasına çalışmaq lazımdır.
1news.az