Budapeşt AVRO-2020-nin loqosunu təqdim etdi - FOTO | 1news.az | Xəbərlər
Futbol

Budapeşt AVRO-2020-nin loqosunu təqdim etdi - FOTO

14:02 - 17 / 11 / 2016
Budapeşt AVRO-2020-nin loqosunu təqdim etdi - FOTO

Bu gün AVRO-2020-nin daha bir təşkilatçı şəhəri - Budapeştin loqosunun təqdimat mərasimi olub.

1news.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, tədbirdə UEFA-nın prezidenti Aleksandar Çeferin və Macarıstan Futbol Federasiyasının prezidenti Sandor Ksanyi və digər şəxslər iştirak edib.

Əlavə edək ki Budapeşt qrup mərhələsinin 3, 1/8 final görüşlərindən birinə ev sahibliyi edəcək.
 
Qeyd edək ki, bunadək London, Bakı, Roma, Buxarest, Kopenhagen və Münhen şəhərləri də öz loqosunu təqdim edib.

1news.az

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər