Eks-prezidentə 10 il həbs cəzası verildi - FİFA qalmaqalı
FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri, Ekvador Futbol Federasiyasının sabiq prezidenti Luis Çiriboqa 10 il müddətinə azadlıqdan məhrum edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, L. Çiriboqa çirkli pulların yuyulmasında təqsirli bilinib.
2015-ci ilin yanvarında, L. Çiriboqa dördüncü dəfə Ekvador Futbol Federasiyasının prezidenti seçilib. Ötən ilin dekabrında ona FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqədar ittiham irəli sürülüb. Bundan sonra L. Çiriboqa könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.
Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş verib, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.
1news.az