Biznesmen 8 milyon dollara avtomobil nömrəsi aldı | 1news.az | Xəbərlər
Dünya

Biznesmen 8 milyon dollara avtomobil nömrəsi aldı

17:55 - 20 / 11 / 2016
Biznesmen 8 milyon dollara avtomobil nömrəsi aldı

Birləşmiş Ərəb Əmirliyindən olan biznesmen Əbu-Dabidə keçirilən auksionda avtomobilinə "1" qeydiyyat nömrəsi almaq üçün 8.45 milyon dollar pul ödəyib.

1news.az musavat.com-a istinadən xəbər verir ki, 32 yaşlı biznesmen Abdulla əl-Məhri "Mən bu nömrə üçün istənilən məbləği ödəməyə hazır idim" - deyə ona yönəldilən sualı cavablandırıb.

Auksionda ümumilikdə 26.9 milyon dollar dəyərində nömrələr satılıb. BƏƏ-dən olan daha iki biznesmen "7" və "50" nömrələri üçün 3.65 və 1.85 milyon dollar ödəyiblər.

1news.az

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər