Sosial şəbəkə istifadəçiləri bu çəkələklərin rəngini mübahisə edir – FOTO | 1news.az | Xəbərlər
Dünya

Sosial şəbəkə istifadəçiləri bu çəkələklərin rəngini mübahisə edir – FOTO

14:00 - 21 / 11 / 2016
Sosial şəbəkə istifadəçiləri bu çəkələklərin rəngini mübahisə edir – FOTO

Twitter sosial şəbəkəsinin istifadəçiləri çəkələklərin rəngi ilə bağlı geniş mübahisə ediblər.

Belə ki, bəzi istifadəçilər çəkələklərin rənginin qara-mavi olduğunu, bəziləri isə qızılı-ağ rəngli olduğunu bildirir.

Bu müzakirələr Twitter-də ən çox oxunanlar siyahısına daxil olub.

Həmçinin qeyd edək ki, 2015-ci ilin fevralında da belə bir müzakirə donun rəngi ilə yaranmışdı. Bəzilərinə görə donun rəngi göy-qara, bəzilərinə görə ağ-qızılı olduğu bildirilirdi.

Daha sonra isə alimlər buna aydınlıq gətirərək bildiriblər ki, əslində don göy rəngdə imiş. Kimki bunu başqa rəngdə görürmüşsə, bu, optik illuziyadan irəli gələn problemmiş.

S.Xankişiyeva

Paylaş:
3006

Son xəbərlər

Bütün xəbərlər