Bakıda dəniz ticarət limanının tikintisi gələn il bitəcək – AÇIQLAMA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda dəniz ticarət limanının tikintisi gələn il bitəcək – AÇIQLAMA

15:05 - 21 / 11 / 2016
Bakıda dəniz ticarət limanının tikintisi gələn il bitəcək – AÇIQLAMA

Ələt qəsəbəsində yeni Bakı beynəlxalq dəniz ticarət limanının tikintisinin birinci mərhələsi 2017-ci ilin sonunadək başa çatacaq.

1news.az xəbər verir ki, bunu jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yeni Bakı Limanı (Ələt terminalı) və ətrafında azad ticarət zonasının yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. 2017-ci ildən ATZ-in tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulub.

1news.az

Paylaş:
1110

Son xəbərlər

Bütün xəbərlər